YAĞINTILI HAVA BU TARİXƏDƏK DAVAM EDƏCƏK

Azərbaycanda dekabrın 8-inə olan faktiki hava şəraiti açıqlanıb. Bu barədə bilgini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə intensiv xarakterlidir. Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa isə qar yağır. Düşən yağıntının miqdarı bölgələrə görə 1 mm – 21mm arasında dəyişir. Şərur, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Mingəçevir, Qusar, Xızı , Oğuz, Qobustan, Quba, Yevlax, Göyçay və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 11-i səhərədək davam edəcəyi gözlənilir.